FLAŞ


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib


http://i.virtualaz.org/149419_res_01.jpg

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bakı-Qazax magistralının Tovuz rayonunun Qovlar kəndindən keçən hissəsində "Hyundai" və "Nissan" markalı avtomobillər toqquşub.

Nəticədə, zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq kənara düşüb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər - 29 yaşlı Elşən Həsənov, 16 yaşlı Dulqay Əhmədov və 47 yaşlı Almaz Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ancaq həkimlərin səylərinə baxmayaraq, baş nahiyəsindən ağır xəsarət almış qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. ("Report")