FLAŞ


Müəllimlərin NƏZƏRİNƏ: Məzuniyyət pulunuzu bu qayda ilə hesablayın


http://arxiv.az/media/365/1000/anspress.com/20140520/6768616/65086.jpg

Azərbaycanda bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.

Bolge.info xəbər verir ki, Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Daha sadə formada izah edək:

Tutaq ki, il ərzində müəllim ümumilikdə 2700 manat əmək haqqı alıb. Həmin rəqəm ilin aylarının sayına – 12-yə bölünərək orta rəqəm çıxaılır: 2700/12=225 manat

225/30,4=7,40*56=414,40

Deməli, bizə 56 gün üçün 414,40 manat məzuniyyət haqqı yazılır.

Bolge.info saytı bu məbləğdən çıxılacaq vergini də ardıcıllıqla təqdim edir:

Ümumi məbləğdən 3 faiz DSMF-yə (12,43 manat), 2 fazi Həmkərlar İttifaqına (8,28 manat) tutulur.

Bundan əlavə 14 faiz gəlir vergisi tutulur. Bu vergi ümumi hesabdan (414.40 manat) yaşayış minimumu (136 manat) çıxıldıqdan sonra qalan məbləğdən (278,40) tutulur. Bu isə təxminən 38,97 manat edir.

YEKUN: 414,40 - 12,43 - 8,28 - 38,97 = 354,72 manat

Deməli əlinizə çatacaq pul 354,72 manatdır.

 

Muxtar Əlizadə