FLAŞ


Zərdab sakinləri şəhidin adının əbədiləşdirilməsini istəyirlər


http://avropa.info/new/fotobaza/orta/52258.jpg

Zərdab rayonu, Böyük Dəkkə kəndinin bir qrup sakini ölkə prezidenti İlham Əliyevə, Müdafiə naziri Zakir Həsənova, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Təhsil Naziri Mikayıl Cabbarova müraciət edib.

Sakinlərin Avropa.info-ya göndərdikləri müraciətdə Böyük Dəkkə sakini, aprel döyüşlərində ölkənin ərazi bütövlüyünün qorunması zamanı misilsiz qəhrəmanlıqlar göstərən, düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, şəhid olan Abdullazadə Nurlan Rasim oğlunun adının əbədiləşdirilməsi xahiş olunur.

Müraciəti imzalayan kənd sakinləri, şəhid ailələri, kənd icra nümayəndəsi, yerli bələdiyyənin üzvləri şəhid Nurlan Abdullazadənin vaxtilə oxuduğu orta məktəbin kollektivi və şagirdləri İsaqbağı kənd məktəbinə onun adının verilməsini xahiş edirlər.

“Əminik ki, Vətən uğrunda canını fəda edən eloğlumuzun adının əbələşdirilməsinə yardımçı olacasınız”, - deyə müraciətdə vurğulanır.