FLAŞ


Oğuzda 70 yaşında taksi sürən nənə

- VİDEO


http://news.lent.az/upload/images/news/2016/june/24/big/4807464430c3bc189d60d15d1cd81ae8.jpg

Əvvəllər musiqi müəlliməsi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinədə yiyələnib.

Bolge.info-nun Region TV-yə istinadən məlumatına görə, atasının ona hədiyyə aldığı avtomobili o 36 ildir sürür. Müəyyən imkana sahib olsa da maşınını dəyişməyəcəyini bildirir çünki, bu maşını atası ona hədiyyə edəndə dəyişməməsini məsləhət görüb. Əvvəllər sürücülük vəsiqəsi olmayan Cahanə nənə sonralar sürücülük vəsiqəsi alıb.

Zamanla kənd camaatı arasında qazandığı etibar və dəyər ona bu yolda inamla addımlamağa imkan verib. İlk öncələr qadın sürücüyə rayonda pis baxsalarda Cahanə nənənin nümunəvi sürücülüyü haminin rəğbətinə səbəb olub. Azərbaycanın ən qədim sürücülərindən olan Cahanə nənə kəntdə xeyirxah insan kimi də tanınır.

O hal-hazırda da Qumlaq kəndindən Oğuz rayonuna sərnişinləri aparmaqla çörək pulu qazanır. Kənd sakinləridə Cahanə nənənin sürücülüyündən çox razıdırlar.