FLAŞ


Ağciyərləri təmizləyən möcüzəvi qidalar


http://moderator.az/fotobaza/orta/88137.jpg

Moderator.az ağciyərləri təmizləyən 6 möcüzəvi qida haqqında məlumatı təqdim edir.

Öncədən qeyd edək ki, bu qidalar xüsusən astma xəstələrinin və siqareti atanların həyat həyat fəaliyyətlərini artıracaq qidalar.

 

 

Zəncəfil:

Çox qüvvətli bir antioksidant olan zəncəfil ağciyərləri təmizləyir. Müxtəlif toksinləri, selikli qişanı və arzuolunmaz hissəcikləri ağciyərlərdən təmizləməyə kömək edir. Bunun üçün zəncəfili çiy şəkildə yemək və çayını içmək lazımdır.  

 

 

 

Sarımsaq:

Sarımsaq güclü antioksidant olmaqla yanaşı ağciyərlərin təmizlənməsində faydalıdır. Tərkibində bol miqdarda olan alisin maddəsi ağciyərləri təmizləyir.

 

 

Evkalipt:

Evkalipt təbii antibiotik olmaqla yanaşı, tərkibində yağlar saxlayır. Bu uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir edir. Qan təzyiqini artıraraq qanın artmasını təmin edir. Öskürək siroplarında, boğazağrı dərmanlarında bu kimyəvi yağlardan istifadə edilir. Təzə evkalipt çayı bronxit və sinusit yaxşı təsir edir. Buxarını udmaq isə öskürək və bronxitə faydalıdır.

Ekinezya:

Ekineziya soyuqdəymənin və öskürəyin müalicəsində istifadə edilir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarında təsirlidir.

Keçibuynuzu:

Keçibuynuzu xüsusilə siqaret çəkənlər üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılıb ac qarına içilsə, siqaretinin verdiyi zərəri aradan qaldırmağa kömək edər.

Əməköməci:

Qaynar suda 1 miqdar əməköməci qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir. Bu, ağciyərlərdəki siqaret təsirlərini azaldır. Əməköməci, həmçinin bəlğəmi təmizləyir, ağciyər xərçənginin qarşısını alır.