FLAŞ


Qazaxda öldürülən qadının kimliyi məlum oldu


http://news.lent.az/upload/images/news/2016/june/23/big/183852eb7535ef90d804c2baf49aba8f.jpg

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub.

Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Qazax rayonun Xanlıqlar kəndi ərazisində tapılan meyitin Gürcüstan respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib. Onun Qazax rayon sakini 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub.

E. Babayev Bakı şəhərində saxlanılıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.