FLAŞ


Ucarda ağır qəza: 2 ölü, 2 yaralı


http://news.lent.az/upload/images/news/2016/june/23/big/22996daeebded98ad0f97a01d4fd5156.jpg

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə bu gün rayonun Türkəci kəndində qeydə alınıb. 34 BA 013 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. 

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə nəticəsində rayonun Bərşad kənd sakinləri, 59 yaşlı Soltanəli Ağəli oğlu İbrahimov, 58 yaşlı Zakir Bəşir oğlu Bəşirov hadisə yerində ölüb, 51 yaşlı Faxrədin Fəzail oğlu Abbasov və 55 yaşlı Şakir Bəşir oğlu Bəşirov isə xəsarət alıb.

Hadisəyə səbəb sürücünün içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi olub.