FLAŞ


İlham Əliyevdən sərt Almaniya açıqlaması


http://www.qafqazinfo.az/newsphotos/2015/10/12/president_meeting_cabinet_of_ministers_121015_7.jpg

Azərbaycanda rəsmi səfər olan Türkiyə baş naziri Binəli Yıldırım və prezident İlham Əliyev birgə mətbuat konfransı keçiriblər.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir Əliyevlə Yıldırım gündəmlə bağlı önəmli açıqlamalar veriblər. Prezident Əliyev Almaniyanın qərarının sifariş olduğunu bildirib:

“Erməni məsələsi bəhanədir. Almaniyanın qərarı siyasi məsələdir və bu qərarı qınayırıq. Bu qərarın heç bir mənası yoxdur. Bunu ciddiyə almırıq. Qərarı qəbul edənlər tarixi yalana imza atdılar.

Azərbaycan hər zamanki kimi Türkiyənin yanındadır. Biz ancaq Türkiyə ilə barəbər güclü ola bilərik”. 

 Binali Yıldırım isə Azərbaycan və Türkiyəyə qarşı ikili standartlara etiraz edib:

“Hər dəqiqə toplanan qurumlar Azərbaycan və Türkiyə müzakirə mövzusu olanda işi ləngidirlər. Nə zaman Azərbaycanın torpaqları geri verilərsə, o məsələ həllini tapacaq.

Bütün bunlar baş verərkən Azərbaycan torpaqlarındakı qətliamları görməməkləri talesizlikdir. Xocalı qətliamı nədən gündəmə gətirilmir?”