FLAŞ

Müdir təyin olunan müğənni icra başçısının qohumu çıxdı

http://www.qafqazinfo.az/newsphotos/2016/06/03/10245522-1382997618648347-6811002400113078184-n.jpg

Bir neçə gündür ki, müğənni Gülnar Nəbi Çingizin Xırdalan şəhərində yerləşən 17 saylı uşaq bağçasına direktor təyin edilməsi müzakirə olunur. El şənliklərində çıxış edən müğənninin bağça rəhbəri olması birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə isə müğənninin yayılan açıq-saçıq fotoları sərt tənqid olunub.

Qafqazinfo”nun əməkdaşları məsələyə aydınlıq gətirmək üçün bu gün 17 saylı uşaq bağçasında olublar.

Bağça nəzarətçisi xanım müdirin Abşeron rayon İcra Hakimiyyətində iclasda olduğunu bildirib. Daha sonra isə yeni rəhbərin körpələr evində olduğunu diqqətimizə çatdırdılar.

Ünvandan uzaqlaşmadığımızı görən bir qadın özünü direktor müavini kimi təqdim edərək Gülnar Nəbinin məkanda olmadığını, bu barədə danışmaq istəmədiyini söyləyib.

Məlum oldu ki, əslində bağça müdiri iş başındadır, sadəcə köməkçiləri gizlədir. Elə maşını da bağçanın qarşısında idi.

Bağça əməkdaşları isə yayılan fotoların yeni müdirələrinə aid olmadığını, başqa biri ilə səhv salındığını qeyd ediblər.

Mediada yayımlanan fotolardakı Gülnar Nəbi deyil

Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, Gülnar Nəbi Əli Osmanlı adlı iş adamı ilə evlidir. Cütlüyün iki oğlan övladı var.

Günlərdir sosial şəbəkələrdə müzakirə olunan təyinat gözlənilməz deyilmiş. Belə ki, Gülnar Nəbi Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın yaxın qohumu imiş.

Qayınanası Ədalət Camalova isə Xırdalan şəhərində yerləşən 2 nömrəli məktəbin direktorudur.

Qafqazinfo” bu məqamda müğənni müdirin öz fotolarını təqdim edir:

Müdir təyin olunan müğənni icra başçısının qohumu çıxdı -  Fotolar