FLAŞ


Zaqatalada quduzluq xəstəliyi tapılan qadın öldü


http://news.lent.az/upload/images/news/2016/may/27/big/ddc7cd14f011944b74c8f372d0bd26b4.jpg

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun  Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib. 

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki,  aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.