FLAŞ


"Kommandos" ləqəbli erməni generaldan məğlubiyyət ETİRAFI


http://news.lent.az/upload/images/news/2016/may/27/big/671a476c69439a68ef80d4cc21a264b3.jpg

Ermənilərin qəhrəman hesab etdikləri, "Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan aprelin əvvəllərində Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərin strateji əhəmiyyətə malik olduğunu etiraf edib.

APA-nın məlumatına görə, o, "Novosti Armenii" saytına açıqlamasında bildirib ki, erməni tərəfi çox vacib strateji yüksəklikləri əldən verib və onları qaytarmaq lazımdır.

Generalın sozlərinə görə, atılmalı olan addımların heç biri atılmayıb: "İndi isə bunu gizlətmək üçün deyirlər ki, oralar o qədər də vacib ərazilər deyil. Halbuki ora bizim üçün çox vacib strateji yüksəkliklərdir. İnsanların Talış, Mardakert, Mataqizdə rahat yaşaması üçün həmin yüksəklikləri qaytarmaq haqqında düşünmək lazımdır. Təbii ki, deputatlarımızın məlum bəyanatları yuxarıdan verilən göstərişlər əsasında səsləndirilir və bu çox üzücüdür. Biz çox şey itirmişik və bu yüksəkliklər üzündən itiririk. Talışda artıq heç kim yaşamır. Qarabağın iri şəhəri Mardakert atəş altına düşüb. Evlərini tərk etmiş insanların rahat geri qayıtması üçün o yüksəkliklər qaytarılmalıdır".