FLAŞ


Ayının hücum etdiyi kənd TƏHLÜKƏDƏ

YENƏ GƏLƏ BİLƏRLƏR


http://news.lent.az/upload/images/news/2016/may/26/big/23694037def37ae8a7e1b58d4f48255b.jpg

Oğuz rayonunda ayını öldürən şəxs heç bir inzibati məsulliyətə cəlb edilməyəcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, Oğuz rayonunun Xalxal kəndinə hücum edən ayını öldürən kənd sakini Fazil Şükürov barəsində heç bir tədbir görülməyəcək: “Ov mövsümü sayılmasa da belə, o son zəruri müdafiə tədbiri gördüyü üçün bu, qanun pozuntusu sayılmır".

Nazirlik rəsmisi onu da bildirib ki, bu kəndə ayıların yenidən  hücum də etməsi istisna deyil: "Həmin kənd meşənin içində yerləşir. Meşədə də bəllidir ki, ayılar çox olur və ayının hansı istiqamətdən hücuma keçdiyi bilinmir”. R.Mirzəyev onu da bildirib ki, nazirlik həmin ərazidə nə qədər ayı olduğu barədə statistik məlumata sahib deyil. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə Lent.az-a bildirib ki,  ayının quduz olub olmamasını müəyyən etmək üçün nümunələr bu gün səhər götürülüb və laboratoriyaya göndərilib. Nəticələr sabah günortaya kimi çıxacaq.