FLAŞ


“Təhsil sistemi çürüyüb”

- Qəbul imtahanlarının rüsvayçı nəticəsinə reaksiya


http://www.aznews.az/photos/tehsilsss.jpg

Xəbər verdiyimiz kimi, ayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb. 

Nəticələrə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08 %), 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %), 10214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib. 

Bəs, Azərbaycan təhsil sistemində yaranan bu rüsvayçılığın səbəbi nədir? Yaxud da təhsildə nə dəyişməlidir? 

Sabiq təhsil naziri Firudin Cəlilov AzNews.az-a açıqlamasında təhsildəki bu rüsvayçılığın qarşısının alınması üçün konsepsiyanın hazırlanmasına ehtiyac olduğunu bildirib: 



“Bu konsepsiya dövlət tərəfindən qəbul olunandan sonra artıq yavaş-yavaş həyata keçirilməlidir. Sistem çürüyüb. Yeganə yol onu dəyişib yeniləməkdir. Bu rəqəmlər sübut edir ki, 15 % qəbul olunur, yerdə qalanlar isə qəbuldan kənarda qalır. Təhsil sistemində reforma lazımdır. Təhsil sistemi deyəndə təkcə ali və orta məktəb başa düşülməməlidir. Eyni zamanda uşaq bağçasından tutmuş alimlik dərəcəsi alanlara kimi diqqət mərkəzində olmalıdır. Yəni, təhsil zəncirvari bir həlqədir. Ağıllı-başlı adamlar oturub bu sistem ətrafında işləməlidir. Çürümüş sistemdən çıxmağın yollarını müzakirə etmək və onu təhsilə gətirmək lazımdır”. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə qəbul imtahanının nəticələrini normal göstərici hesab edir: 



“Əvvəlki illərin məzunları kimlərdir? Onların bir qismi özünün zəif nəticələri ilə qətiyyən razılaşmayan və nə olursa-olsun ali məktəbə daxil olmaq istəyənlərdir. Bir qismi isə ötən il ödənişli təhsilə düşdüyünə görə, dövlət hesabına təhsil almaq üçün gələn il imtahan vermək qərarına gəlib. Aşağı bal toplayanlar nəticələri ilə razılaşmır. Onların bir neçə dəfə imtahan verməsinin heç bir əsası yoxdur. Hazırlaşmaq lazımdır. Onların həm orta məktəblərdə, həm də ötən il ali məktəbə hazırlıqları zəif olub. Nəticə isə normaldır. May ayında imtahan verənlər əvvəlki illərdə keçə bilməyənlərdir. Bunun özü göstərir ki, test imtahanları obyektiv keçir və biliyi olanlar adətən qəbul olunur. 

May ayında əvvəlki illərin məzunları olduğuna görə, bunun içərisində aşağı bal toplayanların faizi yuxarı olub. Bu onu göstərir ki ötən ilki məzunların bir hissəsi öz üzərində işləməyərək 200 dən az bal toplayıb, bir hissəsi isə daha da yaxşı hazırlaşaraq dövlət hesabına sifarişin siyahısına düşə bilib. Məsələn, bir nəfər 690 bal toplayıb. Bu baxımdan mən may ayında əvvəlki illərin məzunlarının imtahan göstərcilərini faciə deyil, normal hesab edirəm. 

Mən təklif edirək ki, orta məktəblərdə iki sinif formallaşsın. Birinə yuxarı qiymət və təhsilə meyli olanlar, ikincisinə isə aşağı qiymət alıb oxumağa meyli olmayanlar salınsın”.