FLAŞ


Azərbaycanda ayı uşaq bağçasına hücum edib


http://news.lent.az/upload/images/news/2016/may/26/big/23694037def37ae8a7e1b58d4f48255b.jpg

Bu gün Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib. 
 
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. 
 
O bildirib ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub. O qeyd edib ki, ayı sonra uşaq bağçasının həyətinə daxil olub: “Orada orda 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb”.

O əlavə edib ki, hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.